Qüdrət Həsənquliyev: “Azərbaycanda yeni notariuslar açılmalıdır"

Qüdrət Həsənquliyev: “Azərbaycanda yeni notariuslar açılmalıdır"
# 12 iyul 2019 13:10 (UTC +04:00)

“Azərbaycanda yeni notariuslar açılmalıdır, notariuslar qarşısında növbə var”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclasında millət vəkili Qüdrət Həsənquliyev bildirib.

Q. Həsənquliyev deyib ki, notariusların açılması proseduru sadələşdirilməlidir: “Tutaq ki, atanın avtomobilini oğulun istifadə etməsinə zərurət yaranıb. Bu halda niyə etibarnamə tələb edilməlidir? Əgər müraciət yoxdursa, belə hallarda etibarnaməyə gərək olmamalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR