Qurum rəsmisi: "Azəristiliktəchizat"ın balansında olan məktəblərdə istiliklə bağlı problem olmayacaq

Qurum rəsmisi: "Azəristiliktəchizat"ın balansında olan məktəblərdə istiliklə bağlı problem olmayacaq
# 07 oktyabr 2022 11:43 (UTC +04:00)

“Bu mövsüm "Azəristiliktəchizat"ın balansında olan məktəblərdə istiliklə bağlı heç bir problem olmayacaq”.

APA xəbər verir ki, bunu "Azəristiliktəchizat" ASC-nin sədrinin islahatlar üzrə müşaviri Ramil Məhərrəmov mətbuat konfransında deyib.

O bildirib ki, ölkədə 4000-dən çox məktəb var, lakin onların çox az hissəsi "Azəristiliktəchizat"ın balansına düşür:

"Bizim balansımızda olan məktəblərdə heç bir problem olmayacaq. Söhbət 250-yə yaxın təhsil müəssisəsindən gedir. Digər təhsil müəssisələrində də xidmətin düzgün təşkil olunması üçün Elm və Təhsil Nazirliyinə köməklik göstəririk".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR