Ramiz Abutalıbovun nəşi Moskvadan Bakıya gətirilib - VİDEO - YENİLƏNİB

Ramiz Abutalıbov

© APA | Ramiz Abutalıbov

# 03 yanvar 2022 18:27 (UTC +04:00)

Tanınmış ictimai xadim, diplomat Ramiz Abutalıbovun nəşi Bakıya gətirilib.

Bu barədə APA-ya rejissor Tahir Tahiroviç məlumat verib.

O bildirib ki, görkəmli diplomat sabah 12:30-da II Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, R.Abutalıbov yanvarın 1-də axşam saatlarında Moskvada uzun müddətdir ki, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

***

14:58

Yanvarın 1-də Rusiya paytaxtında vəfat edən tanınmış ictimai xadim, diplomat Ramiz Abutalıbovun nəşi dəfn olunmaq üçün Vətənə yola salınıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, mərhumun nəşi bu gün Moskvanın Domodedovo hava limanından Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə ilə Moskvadan Bakıya göndərilib.

Ramiz Abutalıbov yanvarın 1-də axşam saatlarında Moskvada uzun müddətdir ki, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Görkəmli diplomat sabah Bakıda II Fəxri xiyabanda dəfn olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR