Rasim Əliquliyev: "AMEA-da inzibati olaraq kimlərinsə ixtisarından söhbət getmir"

Rasim Əliquliyev

© APA | Rasim Əliquliyev

# 29 iyul 2022 13:53 (UTC +04:00)

Cənab Prezidentin imzaladığı Fərmanda konkret vəzifələr müəyyənləşdirilib.

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Rasim Əliquliyev deyib.

Onun sözlərinə görə, mövcud intellektual potensialın artırılması, ünvansız problemlərlə məşğul olunmaması, elmdə müəyyən islahatların aparılması zamanın tələbidir.

Akademik Rəyasət Heyətinin bu gün keçirilən iclası ilə bağlı da danışıb: “AMEA öz mövcudluğunu qoruyur. Bugünkü iclasda AMEA-ya müvafiq tapşırıqlar verildi ki, təcili olaraq nizamnamənin yeni layihəsi işlənilsin, AMEA-nın və Rəyasət Heyəti aparatının yeni strukturu ortaya qoyulsun. AMEA yeni şəraitə uyğunlaşır”.

O qeyd edib ki, AMEA Elm və Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edəcək: “Aparılan islahatlar elmlə təhsilin inteqrasiyasına xüsusi dəstək verəcək. AMEA alimlərinin tədris prosesinə daha yaxından cəlb olunması, yeni dərsliklərin hazırlanması, yeni biliklərin dərs kitablarına gətirilməsi təhsilin inkişafına da təsir edəcək”.

Rasim Əliquliyev vurğulayıb ki, AMEA-da sadəcə olaraq təşkilati- idarəetmə prinsipləri dəyişir: “Strukturun dəyişməsi fonunda müəyyən dəyişikliklər təbii ki, gözlənilir. Amma konkret olaraq inzibati olaraq kimlərinsə ixtisarından söhbət getmir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR