“Reabilitasiya avtobusu” fəaliyyətə başlayıb

“Reabilitasiya avtobusu” fəaliyyətə başlayıb
# 17 may 2022 17:17 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən sağlamlıq imkanları məhdud uşaqlar üçün “Reabilitasiya avtobusu” fəaliyyətə başlayıb.

Nazirlikdən APA-ya verilən xəbərə görə, avtobus Sumqayıt şəhəri, Masazır qəsəbəsi, 20 Yanvar dairəsi istiqamətində əvvəlcədən təyin olunmuş gözləmə məntəqələrindən uşaqları götürərək Bakı şəhərindəki 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə çatdırır.

Məqsəd Bakı və ətraf ərazilərdə yaşayan, nəqliyyat problemi olan sağlamlıq imkanları məhdud uşaqların ambulator və icma əsaslı reabilitasiya xidmətlərinə əlçatanlığını artırmaqdır. Yeni xidmət habelə həmin uşaqlara göstərilən ambulator reabilitasiya xidmətlərinin davamlılığını və effektivliyini təmin etməyə yönəlib.

İlkin mərhələdə xidmət tələbata uyğun olaraq müəyyən edilmiş marşrutlar üzrə həftədə iki dəfə təşkil edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR