Reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsi faktı ilə bağlı dövlət qurumları araşdırmalara başlayıb

Reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsi faktı ilə bağlı dövlət qurumları araşdırmalara başlayıb
# 03 sentyabr 2022 10:26 (UTC +04:00)

Sosial şəbəkələrdə Nizami rayonu ərazisində fəaliyyət göstərən, nitq qüsurlu uşaqlar üçün reabilitasiya mərkəzinin birində azyaşlıların tərbiyəçi tərəfindən döyülməsini əks etdirən video ilə bağlı aidiyyəti qurumlar tərəfindən dərhal araşdırmalara başlanılıb.

Bu barədə APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib.

“Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, - məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR