Reabilitasiya vasitələrinin sayının artması ilə bağlı siyahı tərtib edilir

Reabilitasiya vasitələrinin sayının artması ilə bağlı siyahı tərtib edilir
# 03 fevral 2023 12:35 (UTC +04:00)

“Reabilitasiya vasitələrinin sayı ötən ilə nisbətdə artıb. Ümumilikdə reabilitasiya vasitələrinin sayı 50-dən çoxdur. Bura səs, danışan kitab, səsli termometr, ortopedik döşək aiddir.

APA xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin direktoru Asif Məcidov deyib.

Onun sözlərinə görə, əlilliyi olan insanlar üçün bu sayın artması ilə bağlı siyahı tərtib edilir:

“Bura, görmə və eşitmə əngəlli insanlar üçün vasitəni aid etmək olar ki, əvvəlki siyahıda o yoxdur”.

O deyib ki, mərkəzdə eşitmə cihazları mövcuddur:

"Eşitmə cihazı təmin olunması üçün vətəndaşlar özü mütləq gəlməlidir. Həmçinin qulağa uyğun qəlib hazırlanır. Bunun üçün təyinat olmalıdır. Amma hazırda mərkəzdə gözlə bağlı aparat yoxdur, bununla bağlı işlər gedir. Gələcəkdə gözlə bağlı aparatın olacağı da gözlənilir".

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR