Regionlarda həkim çatışmazlığı ilə bağlı Dövlət Proqramı hazırlanır

Regionlarda həkim çatışmazlığı ilə bağlı Dövlət Proqramı hazırlanır
# 10 may 2022 11:29 (UTC +04:00)

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi regionlarda tibb işçilərinin çatışmazlığı məsələsini aradan qaldırmaq üçün xüsusi Dövlət Proqramı hazırlayır.

APA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

Onun sözlərinə görə, bu proqram çərçivəsində xüsusi mexanizmlər işlənib təklif olunacaq.

“Bununla da nəinki gənc, eləcə də peşəkar və təcrübəli tibb işçiləri regionlara gedib xidmət göstərəcək”, - nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR