Regionlarda istismar müddəti keçmiş yol nişanları bərpa olunur

Regionlarda istismar müddəti keçmiş yol nişanları bərpa olunur
# 29 iyun 2022 11:11 (UTC +04:00)

Azərbaycanın bir sıra regionlarında istismar müddəti keçmiş yol nişanları bərpa olunur.

Bu barədə APA-ya DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Məlumata görə, yol infrastrukturunda nizamlama vasitələrinin tətbiqi vəziyyətinin nəzarətdə saxlanılması və bu sahədə mövcud olan çatışmazlıqların aradan qaldırılması üzrə aidiyyəti vəzifələrin icrası Baş DYP İdarəsinin gündəlik fəaliyyətinin prioritetlərindəndir.

Dislokasiya ilə təhkim olunmuş avtomobil yollarında aparılan müayinələr, eləcə də DYP qurumlarından, media və ictimaiyyət nümayəndələrindən daxil olan məlumatlar əsasında hazırlanmış layihələrin icrası Baş idarəyə bilavasitə tabe olan “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi və onun regional istismar sahələrinin əməkdaşları tərəfindən mərhələli şəkildə həyata keçirilir.

Hazırda meteoroloji şərait nəzərə alınmaqla, respublikanın bir sıra regionlarında, o cümlədən Şirvan, İmişli, Cəlilabad, Zərdab və Lənkəranda istismar müddəti keçmiş, mənaları anlaşılmayan yol nişanlarının işıqqaytarıcı elementləri olan yeniləri ilə əvəz edilməsi, silinmiş nişanlanma xətlərinin, yol-cizgi işarələrinin bərpası həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR