Rektor şəhid ailəsinin üzvü olan ATU əməkdaşları ilə görüşüb

Rektor şəhid ailəsinin üzvü olan ATU əməkdaşları ilə görüşüb
# 10 noyabr 2022 12:30 (UTC +04:00)

Azərbaycan Tibb Universitetinin rəhbərliyi ilə Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri olan əməkdaşları arasında görüş keçirilib.

Universitetdən APA-ya verilən xəbərə görə, ATU-nun rektoru professor Gəray Gəraybəyli və prorektorların iştirakı ilə keçirilən səmimi görüşdə rektor görüş iştirakçılarına Zəfər Günü münasibətilə təbriklərini çatdırıb.

Rektor G.Gəraybəyli Zəfər Günü ərəfəsində hər kəsin ikili hisslər keçirdiyini, həm sonsuz qürur, həm də şəhidlərimiz üçün kədərləndiyini bildirib. O, ATU-nun məzunları arasında da 18 şəhidin olduğunu qeyd edərək onların xatirəsinin daim qəlblərimizdə yaşayacağını bildirib. Qeyd edib ki, 30 ildir həsrətində olduğumuz torpaqlarımız məhz bu gənclərin şücaəti, yenilməzliyi sayəsində azad olunub. cənab prezident İlham Əliyevin illərdir apardığı müdrik siyasəti nəticəsində yetişən bu vətənpərvər nəslin nümayəndələri xalqın azadlğ naminə öz canlarını fəda veriblər.

Rektor professor Gəray Gəraybəyli universitet əməkdaşları arasında şəhid ailəsi üzvlərinin də daim rəhbərliyin diqqət mərəzində olduğunu, onların sosial problemlərini həllinə yardım göstərməyə hazır olduqlarını bildirib. Rektor görüşün sonunda hər kəsi Zəfər günü münasibətilə bir daha təbrik edib, bütün xalqımıza yalnız xoş günlər nəsib olmasını arzulayıb.

Qeyd edək ki, görüşdə hər iki Qarabağ müharibəsinin şəhidlərinin ailə üzvləri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR