Rəsədxana: Günəş aktivliyi çox aşağı səviyyədə olub

Rəsədxana: Günəş aktivliyi çox aşağı səviyyədə olub
# 24 sentyabr 2019 10:59 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.

Rəsədxanadan APA-ya verilən məlumata görə, sentyabrın 23-də Günəş aktivliyi çox aşağı səviyyədə olub. Günəş diskində ləkə yoxdur. Peyk görüntülərində Yerə doğru yönələn tac kütlə atılmaları müşahidə olunmayıb. Günəş küləyi parametrləri normal külək rejiminin üstünlük təşkil etməsini göstərir. Geomaqnit sahə son 24 saat ərzində çox sakit olub.

Kosmik hava proqnozuna əsasən, Günəş aktivliyinin sentyabrın 25-dək çox aşağı səviyyədə davam edəcəyi gözlənilir. Proqnoz dövrünün birinci günü (23 sentyabr) Günəş küləyi parametrləri mənfi qütblülüyə malik tac dəliyindən çıxan yüksək sürətli axınlar effektinin təsiri ilə güclənib, ikinci gün (24 sentyabr) parametrlərin qiymətlərində artmanın davam edəcəyi proqnozlaşdırılır.

Proqnoz dövründə ilk iki gün (23 – 24 sentyabr) geomaqnit sahə üçün ümumən sakit şəraitin hökm sürəcəyi proqnozlaşdırılır (Kp=2, 3). Üçüncü gün isə (25 sentyabr) CME-nin sürüşən zərbə dalğası hesabına nisbətən fəal şərait müşahidə oluna bilər. Maqnit qasırğasının yaranması ehtimalı 5%-dən aşağı qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR