Resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliklərin SİYAHISI

Resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliklərin SİYAHISI
# 06 sentyabr 2022 18:12 (UTC +04:00)

Resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliklərin siyahısı məlum olub.

APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Donor orqanların transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair Meyarlar”ın və “Resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliklərin Siyahısı”nda əksini tapıb.

Həmin xəstəliklərin siyahısını təqdim edirik:

Sıra

№-si

Xəstəliklərin adı

1

2

1.

Canlı donora münasibətdə

1.1.

Qeyri-spesifik infeksion xəstəliklər:

1.1.1.

Kəskin qeyri-spesifik infeksion xəstəliklər (sağalma qeyd olunana qədər)

1.1.2.

Xronik qeyri-spesifik infeksion xəstəliklərin kəskinləşməsi (sağalma qeyd olunana qədər)

1.2.

Spesifik infeksion xəstəliklər:

1.2.1.

Hepatit B

1.2.2.

Hepatit C

1.2.3.

Vərəm

1.2.4.

Sifilis

1.2.5.

Epşteyn-Barr virus daşıyıcılığı

1.2.6.

Sitomeqalovirus daşıyıcılığı

1.2.7.

İnsan immunçatışmazlığı virus (İİV) daşıyıcılığı (İİV olan canlı donordan İİV olan resipiyentə orqanın köçürülməsi mümkündür, belə olduğu təqdirdə resipiyent bu barədə məlumatlandırılaraq razılıq

verməlidir)

1.3.

Toksoplazmoz (sağalma qeyd olunana qədər)

1.4.

Bədxassəli onkoloji xəstəliklər

1.5.

Köçürülən orqanla bağlı xəstəliklər:

1.5.1.

Böyrək:

1.

Nefropatiya ilə nəticələnmiş arterial hipertenziya

2.

I tip və II tip şəkərli diabet

1.5.2.

Qaraciyər:

1.

Alfa-1 -antitripsin zülalının irsi çatışmazlığı: ZZ, Z-sıfır, sıfır-sıfır və S-sıfır fenotipləri üçün

2.

Meyit donora münasibətdə

2.1.

Aktiv bakterial infeksiyalar:

2.1.1.

Vərəm

1

2

2.1.2.

Sifilis

2.1.3.

Bağırsaqların perforasiyası və ya qanqrenası

2.1.4.

Abdominal sepsis

2.2.

Aktiv virus infeksiyaları:

2.2.1.

İnsan immunçatışmazlığı virusu (İİV olan meyit donordan İİV olan resipiyentə orqanın köçürülməsi mümkündür. Belə olduğu təqdirdə

resipiyent bu barədə məlumatlandırılaraq razılıq verməlidir)

2.2.2.

Quduzluq

2.2.3.

Hepatit B

2.2.4.

Hepatit C

2.2.5.

Sadə herpes (Herpes simplex)

2.2.6.

Suçiçəyi (Varicella zoster)

2.2.7.

Sitomeqalovirus mənşəli viremiya və ya pnevmoniya

2.2.8.

Epşteyn-Barr virusu (mononukleoz)

2.2.9.

SARS virusları, o cümlədən SARS-CoV-2 (COVID-19)

2.3.

Aktiv göbələk infeksiyaları:

2.3.1.

Kəskin kriptokokkoz, asperqilloz, histoplazmoz, kandidemiya

2.4.

Kəskin parazitar xəstəliklər:

2.4.1.

Malyariya

2.4.2.

Stronqiloidoz

2.5.

Prion mənşəli xəstəliklər

2.6.

Aplastik anemiya, aqranulositoz

2.7.

Bədxassəli onkoloji xəstəliklər (mövcud olan şişlər, metastazlar, anamnezdə melanomanın olması)

2.8.

Qanın onkoloji xəstəlikləri:

2.8.1.

Leykemiya

2.8.2.

Hoçkin xəstəliyi

2.8.3.

Limfoma

2.8.4.

Çoxsaylı miyeloma

2.9.

Kəskin bakteriya, virus, göbələk, parazit mənşəli meningit və ya ensefalit

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR