Respublika Atçılıq Turizm və Milli Atüstü Oyunlar Mərkəzi DSX-nın tabeliyinə verilib

Respublika Atçılıq Turizm və Milli Atüstü Oyunlar Mərkəzi DSX-nın tabeliyinə verilib
# 13 yanvar 2022 16:41 (UTC +04:00)

Mədəniyyət Nazirliyinin tabeliyində olan Respublika Atçılıq Turizm və Milli Atüstü Oyunlar Mərkəzi ştat vahidləri və ona məxsus əmlakla birlikdə Dövlət Sərhəd Xidmətinin tabeliyinə verilib.

APA-nın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Mədəniyyət Nazirliyi, Dövlət Sərhəd Xidməti və İqtisadiyyat Nazirliyi bu qərardan irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR