Respublika üzrə iyun pensiyaları tam ödənilib

Respublika üzrə iyun pensiyaları tam ödənilib
# 14 iyun 2022 18:32 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə iyun ayının pensiyalarının ödənişini tam yekunlaşdırıb.

Nazirlikdən APA-ya verilən xəbərə görə, iyunun 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə ölkəmizin digər bölgələri üzrə pensiyalar, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR