Rezidentura imtahanlarının vaxtı açıqlanıb

Rezidentura imtahanlarının vaxtı açıqlanıb
# 25 aprel 2022 10:36 (UTC +04:00)

Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir: baza fənləri üzrə biliklərin qiymətləndirilməsi; ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının mayın 15-də, baza fənləri üzrə biliklərin qiymətləndirilməsinin təkrar imtahanının (2-ci cəhd) iyunun 19-da, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanın isə avqustun 21-də keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR