RSK-ya məxsus daha 8 avtomobil Laçın-Xankəndi yolundan maneəsiz keçid edib - FOTO - YENİLƏNİB

RSK-ya məxsus daha 8 avtomobil Laçın-Xankəndi yolundan maneəsiz keçid edib - FOTO  - YENİLƏNİB
# 28 yanvar 2023 18:01 (UTC +04:00)

Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 8 avtomobilin maneəsiz hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, aksiya iştirakçıları nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsinə şərait yaradıb. Beləliklə, səhər saatlarından indiyədək Laçın-Xankəndi yolundan RSK-ya məxsus ümumilikdə 34 avtomobil maneəsiz hərəkət edib.

Bu, bir daha onu sübut edir ki, Laçın-Xankəndi yolu humanitar məqsədlər üçün açıqdır.

***

10:13

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus yük avtomobillərinin maneəsiz keçidinə şərait yaradılıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus yük avtomobilləri Xankəndindən Laçın istiqamətinə maneəsiz keçid edib.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR