Rus bölməsinə qəbul üçün müsahibələr yenidən canlı formada olacaq

Rus bölməsinə qəbul üçün müsahibələr yenidən canlı formada olacaq
# 05 may 2022 11:22 (UTC +04:00)

“Ümumtəhsil haqqında qanunun bəndlərinə uyğun olaraq digər dillərdə təhsilə qəbul müsahibə formasında aparılır və uşağın şifahi bacarıqları yoxlanılır”.

APA xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili şöbəsinin müdir müavini Orxan Abbasov bildirib. Onun sözlərinə görə, mayın 6-dan məktəbəhazırlıq və eyni zamanda I sinfə qəbul olan şagirdlər sistemə daxil olaraq müsahibəyə yazılmalıdılar.

O deyib ki, ötən il pandemiya ilə əlaqədar müsahibələr onlayn idi, bu il isə rus dilinə qəbul olmaq istəyən şagirdlərlə müsahibələr yenidən canlı formatda həyata keçiriləcək:

"Valideynlər sistemə daxil olaraq müvafiq gün və saatı seçə bilərlər. Rus bölməsinə qeydiyyat mayın 6-dan mayın 30-na qədər davam edəcək. Mayın 10-dan 31-nə qədər isə müsahibələr keçiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR