Rusiyada qalan 600-dək Azərbaycan vətəndaşı quru yolla ölkəyə qaytarılıb - VİDEO

Rusiyada qalan 600-dək Azərbaycan vətəndaşı quru yolla ölkəyə qaytarılıb - VİDEO
# 27 dekabr 2021 17:26 (UTC +04:00)

Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Rusiya Federasiyasında qalan Azərbaycan vətəndaşlarının ölkəyə qayıtması təmin olunur.

APA-nın şimal bürosunun xəbərinə görə, bu proses artıq bir neçə gündür həyata keçirilir.

Belə ki, gün ərzində “Samur” gömrük-sərhəd buraxılış məntəqəsindən ölkəyə daxil olan vətəndaşlardan koronovirus testi götürülür və bir günlük Qubada karantində saxlanılırlar. Testi neqativ çıxanlar isə bir gündən sonra evə buraxılır.

Altı gündür davam edən prosesin bu gün yekunlaşdırılması nəzərdə tutulub. Ümumilikdə 600-dək vətəndaşın ölkəyə qayıdışı təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR