Rusiyalı alim: “Xəzər suitisinin populyasiyasının məhvolma təhlükəsi yoxdur”

Vasiliy Boqoslovoski

© APA | Vasiliy Boqoslovoski

# 05 iyul 2022 13:20 (UTC +04:00)

“Biz dəniz məməlilərinin kompleks tədqiqatı ilə məşğuluq. Bu bizim layihələrimizdən biridir, o cümlədən Xəzər suitisinin öyrənilməsi layihəsi... Bu gün biz artıq yeddiyə yaxın ekspedisiya həyata keçirmişik”.

APA xəbər verir ki, bunu Bakıda “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edən Təmiz Dənizlər Təşkilatının rəhbəri Vasiliy Boqoslovoski bildirib.

Onun sözlərinə görə, onlardan beşi hava ekspedisiyasıdır, yəni kiçik aviasiyanın ekspedisiyaya cəlb olunmasının köməyi ilə həyata keçirilir:

“Hazırda biz aktiv şəkildə Xəzər tematikasına keçmişik. Ötən il biz Xəzər şelfinə ekspedisiya həyata keçirmişik. Xəzərin şimal hissəsi, Həştərxandakı ekspedisiyanı Rusiya istehsalı “La 8” hidrotəyyarəsi ilə aparmışıq. Bu təyyarə hər bir lazımi avadanlıqlarla təmin olunub. Faktiki olaraq bu təyyarə uçan laboratoriyadır.

Bu gün mənim Bakıdakı missiyam Xəzər suitisinin öyrənilməsinə canlarını qoymuş Azərbaycan alimləri ilə əməkdaşlıq etməkdir. Azərbaycanda belə alimlər çoxdur. Misal üçün, Taryel İbadov. O, çox unikal adamdır. Onun həmkarları bizimlə əməkdaşlıq etməyə hazırdırlar. Mən onları dəvət etdim. Məmnuniyyətlə onları öz ekspedisiyamıza götürəcəyik. Çünki bizə belə insanlar lazımdır. Ona görə də, azərbaycanlı həmkarlarımızı əməkdaşlığa dəvət edirik ki, ekspedisiyamızın rakursunu Xəzərin Azərbaycan akvatoriyasından keçməklə cənubuna qədər uzadaq”.

O qeyd edib ki, Xəzər suitisinin populyasiyasının məhvolma təhlükəsi yoxdur:

“Xəzər suitisi nəhayət ki, “Qırmızı kitab”a salınıb. Lakin onun populyasiyasına hansı amillər təsir edir - bunlar ya zəhərləyici maddələr, ya iqlim dəyişikliyi, ya da balıq ehtiyatının azalması, təbii ki, brakonyerlikdir. Xəzər suitilərinin vəziyyətinə təsir edən bir çox səbəblər göstərmək olar. Bunu anlamaq üçün öyrənmək lazımdır. Bunu bir akvatoriyada etdikdə kifayət etmir. Elə Xəzərin böyük Rusiya akvatoriyasında etdikdə də kifayət etmir. Bütünlükdə Xəzər akvatoriyasında bu ekspedisiyanı aparmaq lazımdır. Sizin alimlər Xəzərin Azərbaycan akvatoriyasındakı suitilərin vəziyyətini öyrənməli, həm də digər akvatoriyalardakı vəziyyəti bilməlidir. Sonra alimlərimiz fikir mübadiləsi aparmalıdırlar. Ona görə də, məndən Moskvada bu mövzuda konfransın keçirilməsinə dəstək vermək xahiş olunub. Mən bunu təsdiq etdim, bu ilin noyabrında Moskvada bu mövzuda konfrans keçiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR