Rusiyanın “Kalibr” raketləri daşınarkən Krımda məhv edilib

Rusiyanın “Kalibr” raketləri daşınarkən Krımda məhv edilib
# 21 mart 2023 04:30 (UTC +04:00)

Ukraynanın müvəqqəti işğal olunmuş Cankoy şəhərində Rusiyanın “Kalibr” raketləri daşınarkən məhv edilib.

APA xəbər verir ki, bu barədə "Telegram"da Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Raketlər dəmiryolu ilə daşınarkən məhv edilib.

“Kalibr” qanadlı raketləri Rusiya donanmasının yerüstü gəmilərində istifadə edilir.

Raket dənizdə 375 kilometrdən çox olan hədəfləri məhv edə bilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR