Saakaşvilinin Gürcüstana qayıtmasına yardım etmiş şəxslər azadlığa buraxılıb

Mixeil Saakaşvili, Gürcüstanın sabiq Prezidenti

© APA | Mixeil Saakaşvili, Gürcüstanın sabiq Prezidenti

# 20 yanvar 2022 12:29 (UTC +04:00)

Tbilisi Şəhər Məhkəməsi sabiq Prezident Mixeil Saakaşvilinin Gürcüstana qeyri-qanuni yollarla qayıtmasına yardım etmiş dörd nəfərin azadlığa buraxılması barədə qərar qəbul edib.

APA-nın yerli bürosu xəbər verir ki, məhkəmənin bu gün keçirilən iclasında hakim Giorgi Keratişvili işlə əlaqədar saxlanılan şəxslər Elquca Tsomaia, ata və oğul Giorgi və Zurab Tsotsorialar və Giorgi Narimanidzenin girov müqabilində azadlığa buraxılması barədə qərar çıxarıb. Saxlanılan şəxslər məhkəmə zalından azadlığa buraxılıblar.

Saxlanılan şəxslər ağır cinayəti ört-basdır etməkdə, dövlət sərhədini qanunsuz keçməyə yardım etməkdə ittiham edilirdilər.

Qeyd edək ki, Ukraynadan Gürcüstana qeyri-qanuni yollarla qayıtmış Gürcüstanın üçüncü Prezidenti M. Saakaşvili ötən il oktyabrın 1-də Tbilisidə qaldığı mənzildə həbs edilərək 12 saylı Rustavi cəzaçəkmə müəssisəsinə nəql edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR