Saatlıda karantin qaydalarını pozan şadlıq sarayının icarədarı 4 min manat cərimələnib

Saatlıda karantin qaydalarını pozan şadlıq sarayının icarədarı 4 min manat cərimələnib
# 19 yanvar 2022 21:45 (UTC +04:00)

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, aparılan yoxlamalar zamanı “Arzu” şadlıq sarayında təşkil edilən toy mərasimində müəyyən edilən saydan artıq qonağın iştirak etməsi aşkarlanıb.

Qayda pozuntusuna yol verən obyektin icarədarı İ.Quliyev barəsində qanunvericiliyə uyğun tədbir görülüb və o, 4000 manat cərimə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR