Sabah Ağgöl və Şirvan milli parklarında “açıq qapı” günüdür

Sabah Ağgöl və Şirvan milli parklarında “açıq qapı” günüdür
# 04 iyul 2022 12:59 (UTC +04:00)

Ağgöl və Şirvan milli parklarının yaranması günü ilə əlaqədar iyulun 5-də hər iki milli parkda “açıq qapı” günü təşkil olunacaq, maarifləndirici və əyləncəli tədbirlər keçiriləcək.

APA xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, Ağgöl milli parkını ziyarət edən turistlər milli parkın təbiəti ilə tanış olacaq, quşları və digər fauna növlərini müşahidə edə biləcəklər.

O deyib ki, Şirvan milli parkında ziyarətçilər üçün ceyranları müşahidə məqsədilə safari turu təşkil ediləcək.

Xidmət rəsmisi qeyd edib ki, Ağgöl və Şirvan milli parkları 5 iyul 2003-cü il tarixində su-bataqlıq ekosisteminin mühafizəsi, köçəri və oturaq quş növlərinin, ceyranların qorunması məqsədilə yaradılıb..

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR