Sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 11-14° isti, Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.
Noyabrın 29-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacaq.
Sabah hava küləkli, dumanlı olacaq
28 noyabr 2021 11:42 (UTC +04:00)
Sosial
Bu gün iməclikdə Bakının 551 küçəsi yuyulub - FOTO
17:53
20 aprel 2024
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi şərti yanğın təlimi keçirib
15:56
20 aprel 2024
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib - FOTO
15:00
20 aprel 2024
Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTO
13:49
20 aprel 2024