Sabah hava yağışlı olacaq - PROQNOZ - VİDEO

Sabah hava yağışlı olacaq - PROQNOZ  - VİDEO
# 28 oktyabr 2022 12:27 (UTC +04:00)

Oktyabrın 29-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər saatlarında duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 12-14° isti, gündüz 14-16° isti, Bakıda gecə 12-14° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-4° isti, gündüz 5-9° isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR