SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilib

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 15 may 2022 14:39 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.

DİM-dən APA-ya verilən xəbərə görə, imtahan saat 11:00-da başlanıb və 2 saat davam edib. İmtahan Bakı şəhərində təşkil olunub.

İmtahan nəticələrinin yaxın 3 gün ərzində elan olunması nəzərdə tutulur.

İmtahanın keçirilməsi üçün 10 imtahan binası, 176 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 10 ümumi imtahan rəhbəri, 28 imtahan rəhbəri, 227 nəzarətçi-müəllim, 22 buraxılış rejimi əməkdaşı (mühafizə), 10 bina nümayəndəsi ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR