Sabah yağış yağacaq

Sabah yağış yağacaq
  • Clock-gray 12:18
  • calendar-gray 15 Sentyabr 2019

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gündüz  dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  gecə 16-20° isti, gündüz  24-27° isti, Bakıda gecə 17-19° isti, gündüz  25-27°  isti  təşkil edəcək.

Atmosfer  təzyiqi norma daxilində 761  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  65-75 % olacaq.  

Sentyabrın 16-da Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək  çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz  25-30° isti, dağlarda gecə 6-11° isti, gündüz  13-18° isti təşkil edəcək.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date