Sabah yağış yağacaq

Sabah yağış yağacaq
# 07 avqust 2022 12:41 (UTC +04:00)

Avqustun 8-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin APA-ya verdiyi məlumata əsasən, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-33° isti olacaq.

Bakıda gecə 23-25° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunudan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23° isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR