Sabahdan MİQ üzrə imtahan mərhələsinə başlanılır

Sabahdan MİQ üzrə imtahan mərhələsinə başlanılır
# 13 iyul 2022 11:50 (UTC +04:00)

İyulun 14-dən 2022-2023-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start veriləcək.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, test imtahanı mərhələsinin keçiriləcəyi tarix və yer barədə məlumat namizədlərin şəxsi səhifələrinə artıq göndərilib.

Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR