Sabahdan müəllimlərin sertifikatlaşdırılmasına başlanılır

Sabahdan müəllimlərin sertifikatlaşdırılmasına başlanılır
# 29 avqust 2022 17:28 (UTC +04:00)

Sabahdan təhsilverənlərin sertifikatlaşdırılması prosesinə başlanılır.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, sertifikatlaşdırma 30 avqust-1 sentyabr tarixlərində keçiriləcək.

İlkin olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Gəncə-Daşkəsən və Quba-Xaçmaz Regional Təhsil İdarələrinin tabeliyindəki məktəblərdə çalışan ümumilikdə 11 min ibtidai sinif müəllimi sertifikasiya imtahanı verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR