Sabahdan peşə məktəblərinin boş qalan yerlərinə tələbə qəbulu aparılacaq

Sabahdan peşə məktəblərinin boş qalan yerlərinə tələbə qəbulu aparılacaq
# 29 avqust 2022 13:10 (UTC +04:00)

Sabahdan peşə təhsil pilləsi üzrə boş qalmış plan yerlərinə tələbə qəbulunun II mərhələsi başlayır.

Bu barədə APA-ya Peşə Təhsili üzrə Dövlət Agentliyindən xəbər verilib.

Bildirilib ki, boş qalmış plan yerlərinə tələbə qəbulu 30 avqust – 5 sentyabr tarixlərində aparılacaq.

Qeyd edək ki, 2022/2023-cü tədris ili üzrə elektron tələbə qəbulunun I mərhələsi 66 peşə təhsil müəssisəsində 127 ixtisas olmaqla 23340 yer üzrə aparılıb. İlk mərhələdə www.portal.edu.az platforması vasitəsilə 22016 nəfərdən 59993 müraciət daxil olub. Alınan nəticələrə görə, bu ilki müraciətçi sayı ötən ilin analoji göstəriciləri ilə müqayisədə 48% çox olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR