Sabahın hava proqnozu

Sabahın hava proqnozu
# 24 sentyabr 2019 12:37 (UTC +04:00)

Bakıda və Abşeron yarımadasında sentyabrın 25-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, lakin axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 24-27, Bakıda gecə 17-19, gündüz 25-27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 25-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 25-30, dağlarda gecə 3-8, gündüz 14-19 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 25-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR