Sabah üçün tibbi-meteoroloji proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, sentyabrın 25-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü fonunda xoş payız havası gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.