Sabir Rüstəmxanlı 65 yaşına çatmış müəllimlərlə müqavilələrin artırılması qaydasının əleyhinədir

Sabir Rüstəmxanlı

© APA | Sabir Rüstəmxanlı

# 31 may 2023 12:57 (UTC +04:00)

"65 yaşına çatmış müəllimlərin müqavilələrinin 1 il-1 il artırılması subyektiv amilləri ortaya çıxarır".

APA xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı deyib.

O bildirib ki, qanunda bu məsələ konkret əksini tapmalıdır.

"65 və ya 75 yaşda iş fəaliyyəti bitməlidirsə, bitməlidir. Yoxsa, kimlərsə tanışlarının müqavilələrini artıra bilir. Biz bu halları çox müşahidə etmişik. Müəllimi alçaldan proseslərdən azad olmalıyıq. Müəllimin hörmətini aşağı salmaq olmaz", - deyə millət vəkili qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR