Şabranda bağçada qidalanma ilə bağlı məsələ nəzarətə götürülüb

Şabranda bağçada qidalanma ilə bağlı məsələ nəzarətə götürülüb
# 26 may 2022 16:48 (UTC +04:00)

Ötən gün sosial şəbəkələrdə Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçasında uşaqların qidalanması ilə bağlı yayılan görüntülər nəzarətə götürülüb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, məsələ ilə bağlı bu gün Quba-Xaçmaz Regional Təhsil İdarəsinin monitorinq qrupu məktəbdə olub.

İdarədən APA-ya bildirilib ki, Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçası ilə bağlı sosial mediada yayılan məlumata əsasən hazırda araşdırma aparılır.

Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR