Şagird yerdəyişməsi dayandırılıb - YENİLƏNİB

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 12 yanvar 2022 18:00 (UTC +04:00)

Bu gün saat 18.00-dan şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılıb.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, səbəb məktəblərdə siniflərin II yarımil üçün komplektləşdirilməsidir. Portal fevral ayının ikinci yarısında yenidən aktivləşdiriləcək.

Qeyd edək ki, buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi tədris ilinin sonunadək aktiv edilməyəcək.

***

09:49

12 yanvar saat 18:00 tarixindən etibarən şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, səbəb məktəblərdə siniflərin II yarımil üçün komplektləşdirilməsi ilə bağlıdır.

Portalın fevral ayının ikinci yarısında yenidən aktivləşdirilməsi planlaşdırılır.

Qeyd edək ki, buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi tədris ilinin sonunadək aktiv edilməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR