Şagirdlərə dini mahnı oxudan müəllimə və məktəb direktoruna töhmət verilib

Yevlax şəhər 1 nömrəli tam orta məktəb

© APA | Yevlax şəhər 1 nömrəli tam orta məktəb

# 28 iyun 2022 17:56 (UTC +04:00)

Mərkəzi Aran Regional Təhsil İdarəsi onlayn və sosial mediada şagirdlərə dini mahnının oxudulmasına dair yayımlanan məlumatla bağlı açıqlama yayıb.

Regional Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu məsələ Yevlax şəhər 1 nömrəli tam orta məktəbdə baş verib. Qeyd edilib ki, məktəbin riyaziyyat müəllimi dərsdən sonra 4 uşağa dini mahnı oxudaraq onları videolentə alıb:

"Məsələ ilə bağlı araşdırma aparılıb və məktəbdə təlim-tərbiyə prosesini, idarəetməni düzgün təşkil etmədiyinə görə təhsil müəssisəsinin direktoruna töhmət verilib. Həmçinin tədris proqramına və fənninə aid olmayan materialları təbliğ etdiyinə görə müəllimə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR