Sahib Alıyev: I qrup əlillərin pensiya almasında problem var

Sahib Alıyev

© APA | Sahib Alıyev

# 18 noyabr 2022 11:56 (UTC +04:00)

“Bizim vətəndaşlarımız arasında I qrup əlillərin pensiya almasında problem var”.

APA xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Sahib Alıyev deyib.

Deputat bildirib ki, onlardan 5 il əmək stajı tələb olunur: “Təbii ki, anadangəlmə əlil olan, çox erkən yaşda əlil olan insanın 5 il sığorta stajının olması mümkünsüzdür. Təklif edirəm ki, bu, aradan qaldırılsın. Eyni zamanda Vətən müharibəsi dövründə erməni təcavüzü nəticəsində mülki insanlar arasında da əlil olanlar var. Onların sayı elə də çox deyil. Ona görə də büdcə üçün bu güzəştin edilməsi elə böyük yük olmayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR