Sahil Babayev: 2050-ci ildə yaşlı əhalinin sayı artacaq

Sahil Babayev: 2050-ci ildə yaşlı əhalinin sayı artacaq
# 14 sentyabr 2022 18:02 (UTC +04:00)

"Biz sosial dəstək tədbirləri çərçivəsində hamıya kiçik məbləğlər ödəmək əvəzinə, ünvanlı şəkildə daha böyük məbləğlər verməliyik".

APA xəbər verir ki, bunu əmək və əhjalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Dünya Bankı arasında tərəfdaşlığın 30-cu ildönümünə həsr olunan tədbirdə çıxış edərkən deyib.

O bildirib ki, demoqrafik vəziyyət bizim üçün olduqca önəmlidir və tərəfdaşlarımızla birgə bu istiqamədə araşdırma aparmışıq.

"Tədqiqatlar göstərir ki, 2050-ci ildə iş qabiliyyətli əhalinin payı dəyişməz qalacaq, amma ahıl əhalinin sayı artacaq. Bu o deməkdir ki, sosial dəstək tədbirləri artmalıdır. O baxımdan sosial sığorta sistemimizi gücləndirməliyik. Hazırda əhalimiz çox cavandır. Təxminən 7 faizi ahıldır, 70 faizi iş qabiliyyətlidir. Lakin 2040-2050-ci illərdə bu dinamika dəyişəcək və yaşlı əhalinin sayı artacaq. Bu da yeni çağırışlar deməkdir. Əmək bazarımızı daha da strukturlaşdırmalı, sosial sığorta ödənişlərinin yetərliliyini təmin etməliyik ki, sosial ödənişləri tam dəstəkləsin" - deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR