Sahil Babayev Xızıda vətəndaşları qəbul edib

Sahil Babayev Xızıda vətəndaşları qəbul edib
# 23 sentyabr 2022 14:12 (UTC +04:00)

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Xızı rayonunda Xızı və Siyəzən rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Nazirlikdən APA-ya bildirilib ki, qəbuldan əvvəl Sahil Babayev və Xızı rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov ümummilli liderimiz Heydər Əliyevin Xızı rayonundakı abidəsini ziyarət ediblər.

Vətəndaşlar qəbul zamanı mənzillə təminat, əlilliyin qiymətləndirilməsi, ünvanlı dövlət sosial yardımı və s. məsələlərlə bağlı müraciət ediblər.

Müraciət edən vətəndaşların bir hissəsi şəhid ailələrinin üzvləri və müharibə veteranları olub.

Qəbul zamanı müraciətlər araşdırılıb və aidiyyəti tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR