Şahin Mustafayev Naxçıvana gedib

Şahin Mustafayev Naxçıvana gedib
# 09 fevral 2023 09:59 (UTC +04:00)

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Naxçıvan Muxtar Respublikasına gedib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Baş nazirin müavininin bu gün muxtar respublikada bir sıra görüşlər keçirəcəyi bildirilir.

Şahin Mustafayevlə yanaşı, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də Naxçıvana səfər edib.

Bundan başqa, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılovun da Naxçıvan Muxtar Respublikasına getdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR