Şahmar Mövsümov: "Buster dozadan sonra vaksin sertifikatı müddətsiz olacaq"

Şahmar Mövsümov: "Buster dozadan sonra vaksin sertifikatı müddətsiz olacaq"
# 28 dekabr 2021 17:42 (UTC +04:00)

“Buseter dozadan sonra vaksin sertifikatı müddətsiz olur”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi bildirib ki, bu, əldə olan son epidemioloji məlumatlara əsaslanır: “Ola bilsin ki, gələcəkdə buster dozadan sonra da hansısa müddət məhdudiyyəti tətbiq edilsin. Amma hazırda buster dozadan sonra vaksin sertifikatı müddətsizdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR