Saleh Rüstəmov əfv olunub

Saleh Rüstəmli

© APA | Saleh Rüstəmli

# 27 may 2022 18:37 (UTC +04:00)

Gədəbəy rayonunun həbsdə olan sabiq icra başçısı Saleh Rüstəmov əfv olunub.

APA xəbər verir ki, onun adı Prezident İlham Əliyevin bu gün imzaladığı əfv Sərəncamında var.

Xatırladaq ki, Saleh Rüstəmov 2018-ci ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Saleh Rüstəmov 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR