Salyanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib - FOTO

“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi

© APA | “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi

# 12 may 2022 14:52 (UTC +04:00)

Salyanda Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzinin əhatə etdiyi rayonların təhsil müəssisələri arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib.

APA-nın xəbərinə görə, FHN-in təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.

Tədbirin açılışında Muğan Regional Mərkəzinin rəisi, polkovnik Mehman Axundov, Salyan Rayon İcra Hakimiyyətinin, Gənclər və idman idarəsinin, Təhsil şöbəsinin nümayəndələri çıxış edərək yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.

Yarış “Kombinə edilmiş yanğın estafeti”, “Maneələr zolağı” və “Komandaların təqdimatı” adlı üç mərhələdən ibarət olub.

Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Hacıqabul şəhər, 2 nömrəli tam orta məktəbi I yeri, Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbi II yeri, İmişli rayon Rəsullu kənd tam orta məktəbi isə III yeri tutub. Yarışda fərqlənmiş komandalar müvafiq yerlər üzə kubok və diplomlarla təltif olunub.

Birinci yeri tutan komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR