Salyanda mağaza yanıb

Salyanda mağaza yanıb
# 28 yanvar 2022 09:47 (UTC +04:00)

Salyan rayonunda (Ələt-Astara magistral avtomobil yolunun 60-cı kilometrliyi) ümumi sahəsi 1000 m² olan birmərtəbəli mağazanın yanar konstruksiyaları 100 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR