Türkiyədə zəlzələdən zərər görənlər üçün Şamaxı, İsmayıllı və Qəbələ rayonlarında da yardım kampaniyası təşkil edilib.
APA-nın Şirvan bürosu xəbər verir ki, dünəndən başlayan yardım kampaniyası davam edir. Kampaniya çərçivəsində daha çox yataq dəstləri, çadırlar, isti geyimlər, uşaq bezləri, təmizlik ləvazimatları, konservləşdirilmiş qidalar, zəruri quru ərzaqlar, su toplanıb. Bundan başqa, zəlzələdən ziyan görənlərə pul şəklində yardım edən sakinlər də var.
Yardımlar günün sonunda Bakıya yola salınacaq.
İlham Əhmədov