Şamaxıda baxımsız qalan azyaşlılar sosial reabilitasiya müəssisəsinə yerləşdirilib - VİDEO - YENİLƏNİB

Şamaxıda baxımsız qalan azyaşlılar sosial reabilitasiya müəssisəsinə yerləşdirilib - VİDEO  - YENİLƏNİB
# 17 yanvar 2022 21:32 (UTC +04:00)

Şamaxının İkinci Çaylı kəndində baxımsız vəziyyətdə yaşadıqları barədə məlumat yayılan 5 azyaşlı uşağın məişət zorakılığı ilə üzləşdiyi müəyyən edildiyindən onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilməsi qərara alınmışdı.

Agentlikdən APA-ya verilən məlumata görə, artıq azyaşlılar Sosial Xidmətlər Agentliyinin müəssisəsinə gətiriliblər.

Bundan sonra onlar məişət zorakılığından zərərçəkənlərlə bağlı xüsusi şöbədə Agentliyin peşəkar mütəxəssislərinin iştirakı ilə reabilitasiya prosesi keçəcəklər. Prosesin davamında uşaqların reabilitasiyasının nəticəsinə uyğun olaraq onların rifahı üçün aidiyyatı tədbirlər görülməsi barədə qərar qəbul ediləcək.

***

11:06

"Şamaxının İkinci Çaylı kəndində 5 azyaşlı uşağın baxımsız vəziyyətdə yaşadıqları barədə məlumat yayılmışdı. Sözügedən uşaqların məişət zorakılığı ilə üzləşdiyi müəyyən edildiyindən onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətləri Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdiriləcək".

APA-nın məlumatına görə, bunu Agentliyin mətbuat xidmətinin rəhbəri Murad Haşımov bildirib.

Onun sözlərinə görə, məişət zorakılığından zərərçəkənlərlə bağlı xüsusi şöbədə onlar reabilitasiya prosesi keçəcəklər. Prosesin davamında uşaqların reabilitasiyasının nəticəsinə uyğun olaraq onların rifahı üçün aidiyyatı tədbirlər görülməsi barədə qərar qəbul ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR