Samux İcra Hakimiyyəti qarşısında özünü yandıran şəxsin vəziyyəti ağırdır

Samux İcra Hakimiyyəti qarşısında özünü yandıran şəxsin vəziyyəti ağırdır
# 19 avqust 2022 09:36 (UTC +04:00)

Ötən gün Samux Rayon İcra Hakimiyyətinin binası qarşısında özünü yandıran şəxsin vəziyyəti açıqlanıb.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaş Təbriz Abdullayev 18.08.2022-ci il saat 16:30 radələrində Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə bədəninin 75-80% yanığı, III-IV dərəcəli termiki alov xəsarəti ilə daxil olub.

Hazırda reanimasiya şöbəsində həkim nəzarəti altındadır, vəziyyəti ağırdır.

Qeyd edək ki, Təbriz Abdullayevin Vətən Müharibəsi iştirakçısı, qazi olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR