Samuxda zəlzələ olub

Samuxda zəlzələ olub
# 28 iyul 2022 10:16 (UTC +04:00)

İyulun 28-də Samux ərazisində zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 03:48-də Gəncə stansiyasından 44 km şimalda Samux ərazisində qeydə alınıb və zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin maqnitudası 4.1-ə bərabər olub.

Mərkəzin Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ hiss olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR