Səbaildə ağacəkmə aksiyası keçirilib - FOTO

Səbaildə ağacəkmə aksiyası keçirilib - FOTO
# 27 sentyabr 2022 14:43 (UTC +04:00)

Səbail Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə 27 sentyabr - Anım Günü ilə əlaqədar Səbail rayonu, Salyan şosesində ağacəkmə aksiyası təşkil olunub.

Bu barədə APA-ya Səbail RİH-dən bildirilib.

Qeyd olunub ki, RİH başçısı Vuqar Zeynalov, başçının müavinləri, RİHBA-nın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən aksiyada 300-dən artıq müxtəlif növ ağaclar əkilib, onların mühafizəsi üçün qoruyucu zolaqlar çəkilmiş, əvvəl əkilmiş gül və yaşıllıqlara qulluq göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR